Ukraynada rus dili ilə bağlı tələb

Rus dilini ölkə Konstitusiyasından çıxarmaq lazımdır.
Defakto.az xəbər verir ki, bunu Ukraynanın dil üzrə ombudsmanı Yelena İvanovskaya deyib.
"Xüsusilə, Rusiya Federasiyasının silahlı təcavüzü kontekstində təkcə ünsiyyət vasitəsi deyil, həm də sabitliyi pozan rus dilinin xüsusi statusunu ləğv etmək lazımdır", - o bildirib.
Onun sözlərinə görə, qanunvericilikdə simvolik bərabərsizlik aradan qaldırılmalıdır.
Qeyd edək ki, söhbət Konstitusiyanın 10-cu maddəsindən gedir: “Ukraynada Ukraynanın milli azlıqlarının rus və digər dillərinin sərbəst inkişafı, istifadəsi və qorunması təmin edilir”.