Türkiyənin ilk qadın at yarışları diktoru vəfat edib

image

Türkiyənin ilk qadın at yarışları diktoru Esen Gök vəfat edib.

Defakto.az xəbər verir ki, uzun müddət ondan xəbər tutmayan dostları hadisə barədə polisə məlumat veriblər.

Polis zənglərə cavab verməyən gənc aparıcının evinə daxil olaraq Esen Gökun cansız cəsədini tapıb.

Hadisə ilə bağlı genişmiqyaslı araşdırmalara başlanılıb.

Esen Gök Vəliəfəndi Hipodromunun sevimli simasına çevrilib. Gənc diktor 6 il ərzində yarış həvəskarlarına müraciət edib.