İlham Əliyev: Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb

image

Ermənistan və Azərbaycanın maraqları müəyyən məqamlarda üst-üstə düşə bilər, lakin İrəvanın addımları regional inteqrasiyaya xidmət etmir.

Defakto.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə bildirib.

“Ermənistan və Azərbaycanın maraqları üst-üstə düşə bilər. Lakin Ermənistan bu məsələni hər zaman fərqli şəkildə görüb. Əgər vaxtilə işğal, azərbaycanlıların deportasiyası və soyqırımı baş verməsəydi, bu gün Cənubi Qafqazda vəziyyət tamam başqa cür olardı. Region çoxdan inteqrasiya olunar, bu qədər vaxt və imkanlar itirilməzdi”, - İlham Əliyev vurğulayıb.

Prezident İlham Əliyev elan edib ki, Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb.

O qeyd edib ki, sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olub:

"İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupu üçlüyü hələ də çalışırdı, Bakıya səfərlər edirdi. Mən gördüm ki, onlar nə edəcəklərini bilmirlər. Mənə sual verəndə, onlara bildirdim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik".