Mingəçevirdə avtomobil yaşlı süpürgəçi qadını vurdu

image

Mingəçevirdə avtomobil 67 yaşlı süpürgəçi qadını vurub.

Defakto.az-ın məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, sürücü 2005-ci il təvəllüdlü V.Salmanov avtomobillə yolu süpürən 1958-ci il təvəllüdlü R.Ağayevanı vurduqdan sonra idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Qəza nəticəsində qadın və sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report)