Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanlar arasında Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da var.
Bu barədə məlumat Daxili İşlər Nazirliyinin (DİN) rəsmi səhifəsində yerləşdirilib.
Belə ki, DİN-nin Daxili Qoşunlarının zabiti, XTD-nin komandiri, mayor Qaflanov Şixamir Oruc oğlu Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.