Pərviz Mirizadə: Sülhməramlıların işinə yenidən baxılmalıdır | DEFAKTO.AZ Pərviz Mirizadə: Sülhməramlıların işinə yenidən baxılmalıdır – DEFAKTO.AZ

Pərviz Mirizadə: Sülhməramlıların işinə yenidən baxılmalıdır

121

 İkinci Qarabağ müharibəsi Ermənistan xunta rejimi üçün  ağır məğlubiyyətlə nəticələndi  və  Paşiniyan kaputuliyasiya aktı imzalamağa məcbur edildi. 10 Noyabr bəyanatı Ermənistanın məğlubiyyətini rəsmiləşdirən sənəd oldu.  Bəyanatın 3-cü maddəsinə əsasən  Rusiya sülhməramlıları atəşkəsin qorunmasını təmin etmək üçün bölgəyə yerləşdirilir, həmçinin bunla bağlı Türkiyə-Rusiya monitoriq mərkəzidə yaradıldı.  Rusların bölgəyə hansı adla gəldikləri bəllidir lakin onların tamam başqa məqsədlə hərəkət etdikləri nəzərdən yayınmır. 

Bir növ ermənilərin  himayəçisi görnüşü formalaşdıran sülməramlılar, öz fəaliyyətlərində ciddi nöqsanlara  yol verirlər.  Alternatif yol üzərində nəzarəti tam təşkil etmirlər, ölkəmizin icazəsi olmadan xarici diplomatların Qarabağa qanunsuz səfərlərinə göz yumurlar, orada olan qondarma, separatçı rejimə silah tədarük olunmasına şərait yaradırlar, yayımladıqları xəritələrdə Azərbaycan adlarını bilərəkdən erməni adları ilə əvəz edirlər və s.

Təbii ki, Rus sülməramlıları bütün bunları öz iradəsi ilə etmir və  aydındır ki, göstərişlər Kremldən gəlir. Bəs Rusiyanın bu cür addımlar atmaqda marağı nədir? Son illər Rusiyanın xarici siyasətinə nəzər yetirdikdə görürük ki,  Moskova Qafqazda, Orta Asiyada, Şərqi Avropada ümumilikdə təsir dairəsində olan regionlarda ciddi güc itirir və buda hegomonluq iddiası olan bir dövlət üçün ağır nəticələr yaradır.  Rəsmi Moskova birmənalı olaraq Azərbaycanın güclənməsini istəmir bu səbəblə  Qarabağ münaqişəsi bitməsinə rəğmən bu anlayışı canlandırmağa çalışır, Türkiyənin Cənubi Qafqaz və Orta Asiyada nüfuzunu artırmasını, itirdikləri mövqeylərə rəsmi Ankaranın yerləşməsini istəmir və mane olmağa çalışır.  Rusiya Ruben Vardanyan kimi fiquru Qarabağa göndərib ona bir mövqe verməklə həm Azərbaycana,  həmdə  Ermənistana təsir imkanları qazanmaq cəhdləri edir. Daha çox Ermənistan üçün hesablanmış bu oyunla Kreml qərb yönümlü siyasət həyata keçirməyə çalışan Paşiniyanı gələcəkdə Vardanyanla əvəzləmək məqsədi güdür. 

Bu minvalla Vardanyanın fəaliyyətinə ciddi dəstək verir. Moskova Azərbaycan-Ermənistan arasında sülhün olmasında , komunikasiyaların açılmasında maraqlı deyil. Rus siyasilər  yaxşı anlayır ki, Azərbaycan-Ermənistan arasında münasibətlər normallaşsa, Ermənistan- Türkiyə sərhədləri açılsa İrəvanın Rusiyadan aslılığı böyük ölçüdə azalmış olacaq və Rusiyanın Ermənistandakı varlığı sual altına düşəcək. Bu səbəblə Kreml üzdə sülhdən yana imici nümayiş etirsə də, əslində mövcud vəziyyətin hələ uzun illər davam etməsində maraqlıdır. Ancaq indiki situasiya ölkəmizin maraqlarına cavab vermir və rəsmi Moskovanın sülməramlılar vasitəsi ilə yürütdüyü siyasətə qarşı adekvat tədbirlər görülməsi zəruridir.

Pərviz Mirizadə,

AVP sədrinin Beynəlxalq məsələlər üzrə köməkçisi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir