“Sənaye məhsulları istehsalının genişlənməsi Azərbaycana yeni bazarlara çıxmaq imkanı verir” | DEFAKTO.AZ “Sənaye məhsulları istehsalının genişlənməsi Azərbaycana yeni bazarlara çıxmaq imkanı verir” – DEFAKTO.AZ

“Sənaye məhsulları istehsalının genişlənməsi Azərbaycana yeni bazarlara çıxmaq imkanı verir”

894

Vüqar Bayramov: “İnkişaf etmiş dövlətlərin bazarlarına çıxmaq xüsusilə vacibdir”

Son illər ölkəmizdə qeyri-neft sektorunun inkiaşfı istiqamətində ciddi addımların atıldığı birmənalıdır. Bu addımalrdan biri də Sumqayıtda günəş panelləri istehsal edən “Azgüntex” zavodunun inşasıdır ki, yaxın gələcəkdə bu zavodun istehsal etdiyi məhsulların xarici bazara çıxarılması nəzərdə tutulur.

Regionlarda bu cür sənaye müəssisələrinin inşası həm regionların inkişafı, həm də qeyri-neft məhsullarının ixracı baxımından nə dərəcədə əhəmiyyətlidir?

Açıqlama verən millət vəkili Vüqar Bayramov məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Sumqayıtın qeyri-neft məhsullarının ixracı baxımından ciddi potensialı formalaşıb. Sumqayıtda yaradılan istehsalat müəssisələri hesabına bəzi məhsullarla bağlı həm daxili tələbat ödənilir, həm də ixracat reallaşır. SOCAR Suqmayıtda qurduğu yeni zavodlar vasitəsi ilə qeyri-neft məhsulları üzrə ixrac imkanlarını artırıb. Sumqayıtın sənaye şəhəri olduğunu da nəzərə alsaq, deməliyik ki,  onun qeyri-neft məhsullarının ixracı baxımından potensialı böyükdür.

Baş verənlər qeyri-neft məhsulları ixracatının strukturunun keyfiyyətcə dəyişdirilməsi baxımından da vacibdir.

Ixracatda sənaye məhsullarının artıtılması həm də qeyri-neft məhsulları ixracının dayanıqlılığının təmin edilməsi baxımından əhəmiyyətlidir. Azərbaycan 2019-cu ildə qeyri-neft məhsullarının ixracatı 2 milyard dollara yaxın olub. 2015-ci ildən sonra qeyri-neft məhsullarının ixracının həcmində iki dəfə artım qeydə alınıb.

Bir tərəfdən qeyri-neft ixracatının strukturunun təkmilləşdirilməsi, yəni yalnız aqrar deyil, həm də sənaye məhsullarının ixracının genişləndirlməsi vacibdir. Yeni qurulan müəssisələrin əsas funksiyalarından biri də yalnız yerli tələbatı ödəmək deyil, həm də ixrac imkanlarını genişləndirməkdir.

Bu, ixracın coğrafiyasının dəyişdirilməsi baxımındna da önəmldiir. Azərbaycadna qeyri-neft məhsullarını ixracının 60%-i iki ökənin – Rusiya və Türkiyənin payına düşür. Məhsullarımızın yeni bazarlara çıxışının təmin olunması olduqca vacibdir. Xüsusilə də Avropa Birliyi ölkələrinin bazarlarına çıxmaq vacibdir. Sənaye məhsullarımızın istehsalının genişlənməsi Azərbaycana mərhələli şəkildə yeni bazarlara çıxmaq imkanı verir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir