Prezident İlham Əliyev “Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 10 iyun tarixli 940 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla Şahin Abdulla oğlu Mustafayev Avropa İttifaqı Komissiyasının Yardım Proqramları üzrə Azərbaycan Respublikasının Milli Koordinatoru vəzifəsindən azad edilib.
Qeyd edək ki, Ş.Mustafayev ötən ilə qədər İqtisadiyyat naziri vəzifəsini tutub. Hazırda o, Baş Nazirin müavinidir.
Gündəm
Prezident Şahin Mustafayevi bu vəzifədən azad etdi – SƏRƏNCAM
By DEFAKTOİyl 04, 2020, 09:35 səhər
937
Previous PostMetronun sərnişinləri 600 mindən 160 minədək azalıb
Next PostZərərçəkmiş sahələrə dövlət dəstəyini davam etdirəcək - Prezidentin köməkçisi