Bakı şəhəri Binəqədi rayonu 100 saylı orta məktəbdə anım günü keçirilib | DEFAKTO.AZ Bakı şəhəri Binəqədi rayonu 100 saylı orta məktəbdə anım günü keçirilib – DEFAKTO.AZ

Bakı şəhəri Binəqədi rayonu 100 saylı orta məktəbdə anım günü keçirilib

669

Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlanmışdır.
Defakto.az xəbər verir ki, bu savaşda 11.10.2020 il tarixində şəhid olan İsmayıl Səmədovun adını daşıyan 2 d sinifinə rəhbərlik edən Əsmər müəllimə şagirdlərilə birlikdə şəhidi bu cür andılar.

Belə ki, adı çəkilən sinifin hər şagirdi vətən uğrunda canindan keçmiş İsmayıl Səmədovun adına bir “şəhid ağacı” əkiblər.
Qeyd: əldə etdiyimiz məlumata əsasən Əsmər müəllimənin rəhbərliyi altında həyata keçirilən tədbirlərin böyük əksəriyyəti vətənpərvərlik ruhunda olunduğu üçün həm valideynlərin həm məktəb rəhbərliyinin rəğbətini qazanmışdır.

Tünzalə İsmayıllı
Defakto.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir