İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır | DEFAKTO.AZ İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır – DEFAKTO.AZ

İşğaldan azad olunan daha iki kəndin adı qaytarılır

155

Mill Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

İclasın gündəliyinə Prezident İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib.

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılacaq. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir