Valerian bu şəxslərdə insulta səbəb olur – XƏBƏRDARLIQ | DEFAKTO.AZ Valerian bu şəxslərdə insulta səbəb olur – XƏBƏRDARLIQ – DEFAKTO.AZ

Valerian bu şəxslərdə insulta səbəb olur – XƏBƏRDARLIQ

1423

Valerian ürək-damar və sinir, əsəb sistemi xəstəliyi olanların əli altında sevimli vasitələridir. Bitki tərkibli də olsa, bu dərmanın da zərərləri var.

Valerianın kimlərə faydasından çox zərəri ola biləcəyini təqdim edir.

– Çox yaşlı adamlara olmaz – çünki valerian qanın laxtalanmasını artırır. Bu da öz növbəsində insult, infarkt, tromb yaranmasına səbəb ola bilər

– Yüksək təzyiq xəstələri müntəzəm olaraq bu dərmanı qəbul etdikdə, sinir sistemi əksinə oyaq olur və yuxusuzluq baş verir

– Qaraciyər, böyrək, enterokolit, nefrit xəstəliklərində olmaz

– Ağır depressiya, cinsi zəiflik, erektil disfunksiyası, psixi pozuntuları olanlar həkim məsləhəti olmadan valerianı qəbul etməməli və başqa dərmanlarla birgə qarışdırmamalıdır

– Allergiyası olanlara

– Hamilə qadınlara

Nəzarətsiz, müntəzəm və çox valerian qəbulu zəhərlənməyə səbəb ola bilər: bu zaman baş ağrısı, baş gicəllənmə, təzyiqin aşağı düşməsi, yuxu, aşağı temperatur, ürəkbulanma, nəfəsdə çətinlik kimi simptomlar verə bilər.

Yaşlı və xəstə insanları hətta komaya sala bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir