“Onları dəli edəcəyəm“ – Aynişan | DEFAKTO.AZ “Onları dəli edəcəyəm“ – Aynişan – DEFAKTO.AZ

“Onları dəli edəcəyəm“ – Aynişan

379

Əməkdar artist Aybəniz Haşımovanın  bloger qızı Aynişan Quliyeva ermənilərin sosial şəbəkə hesabına etdiyi hücumdan danışıb.

Defakto.az xəbər verir ki, sosial şəbəkə hesabında iti “Buddy” ilə fotolarını paylaşan Aynişan bunu aktivliyib artması üçün etdiyini bildirib:

“Səhifəmdə erməni terroru ilə bağlı paylaşımlarımı şikayət edib sildirirlər. Bu hal məni o qədər əsəbi edib ki, bir bilsəniz… Və səhifəmin təsirini aşağı salmağa çalışırlar, ona görə də öz şəkillərimi paylaşıb aktivliyimi qaldırmalıyam ki, auditoriya möhkəmlənsin. Onları yeni paylaşımımla dəli edəcəyəm! Gözləsinlər hələ!”

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında döyüşlər 27 sentyabr səhərindən bəri davam edir. Həmin gündən bəri həm ölkəmizdə, həm də xaricdə yaşayan məşhurlar sosial şəbəkələrdə orduya dəstək xarakterli paylaşımlar edirlər.

“Onları dəli edəcəyəm“  - Aynişan
“Onları dəli edəcəyəm“  - Aynişan
“Onları dəli edəcəyəm“  - Aynişan



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir