Təhsil Nazirliyi İdarəsi 10,4 milyon manatlıq müqavilə bağlayıb | DEFAKTO.AZ Təhsil Nazirliyi İdarəsi 10,4 milyon manatlıq müqavilə bağlayıb – DEFAKTO.AZ

Təhsil Nazirliyi İdarəsi 10,4 milyon manatlıq müqavilə bağlayıb

331

Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi 10 milyon 388,2 min manatlıq müqavilə bağlayıb.

Etender.gov.az-ın məlumatına əsasən, elan edilən açıq tenderlərin qalibi “Simplex” QSC olub.

Belə ki, nazirliyin müvafiq idarəsi tərəfindən elan edilən, dəyəri 5 milyon 198,4 min manat və 5 milyon 189,7 min manat həcmində müəyyənləşən tenderlər üzrə müqavilələr bağlanıb.

Müqavilə üzrə idarə şirkətdən yumşaq inventar, yataq ləvazimatları, xüsusi geyimlər və digər məhsullar satın alacaq.

Qeyd edək ki, “Simplex” QSC 2015-ci ilin iyunundan fəaliyyət göstərir və ölkədə yerləşən təşkilatları ofis ləvazimatları ilə təchiz edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir