Bu gün cərimələrlə bağlı rəsmi qərar veriləcək | DEFAKTO.AZ Bu gün cərimələrlə bağlı rəsmi qərar veriləcək – DEFAKTO.AZ

Bu gün cərimələrlə bağlı rəsmi qərar veriləcək

1644

Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. 

İclasda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin artırılması məsələsinə baxılacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada təklif olunur.

Hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100  manatdan 200 manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur. 

Hazıra işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir