Şotlandiyada növbəti silahlı hücum olub | DEFAKTO.AZ Şotlandiyada növbəti silahlı hücum olub – DEFAKTO.AZ

Şotlandiyada növbəti silahlı hücum olub

1543

Şotlandiyanın Qlazqo şəhər polisi yeni silahlı hücumun baş verdiyini açıqlayıb.
Polisin məlumatına görə, hadisə ilə bağlı yerli vaxtla saat 12:10-da (Bakı vaxtı ilə saat 15:10-da) çağırış alıb.
“Biz hesab edirik ki, bu məqsədyönlü hücum idi. İctimaiyyət üçün təhlükənin mövcud olduğunu düşünmürük”, – deyə polisin “Twitter”dəki xəbərində bildirilir.
Hüquq-mühafizə orqanlarında qeyd edilib ki, hazırda zabitlər hadisə yerindədir.
“Daily Mail” qəzeti isə bildirib ki, polis şəhər mərkəzində soyuq silahla (bıçaqla) yeni hücumdan sonra küçələri mühasirəyə alıb.
Qeyd edək ki, iyunun 26-da da Qlazqo şəhərinin mərkəzində insanlara hücum edilib. Nəticədə bir neçə nəfər öldürülüb. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir