Maska taxmayanlar 100 manat cərimə edilə bilər | DEFAKTO.AZ Maska taxmayanlar 100 manat cərimə edilə bilər – DEFAKTO.AZ

Maska taxmayanlar 100 manat cərimə edilə bilər

1733

Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400  manat məbləğində cərimə ediləcək.

Bu, Milli Məclisin iyunun 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına görə fiziki şəxslər əlli, vəzifəli şəxslər yüz, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Qüvvədə olan qanuna əsasən, müvafiq pozuntu ilə bağlı verilən qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir.

Layihəyə əsasən, buna görə cərimələr də iki dəfə artırılır.  




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir