Rusiya Prezidenti Vladimir Putin Belqorod vilayətinin qubernatoru Yevgeni Savçenkonu istefaya göndərib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısının müvafiq fərmanı Kremlin rəsmi saytında dərc edilib. Sənəddə bildirilib ki, o, öz şəxsi istəyi əsasında vəzifəsindən azad edilib.
Qeyd olunur ki, siyasətçi hakimiyyətdə qalma müddəti baxımından Rusiyanın bölgə başçıları arasında liderdir. Belə ki, o, 1993-cü ildən bu vəzifədə çalışır.
Previous PostAVP-dən iddialarla bağlı AÇIQLAMA
Next PostAzərbaycan Gürcüstana 21,6 mindən çox dərslik göndərib