Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğradı | DEFAKTO.AZ Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğradı – DEFAKTO.AZ

Rusiyaya məxsus qırıcı təyyarə qəzaya uğradı

182

Rusiya ordusuna məxsus Su-30 qırıcı təyyarəsi Tver vilayətində qəzaya uğrayıb.

Avropa.info xəbər verir ki, qırıcı təyyarə Xotilovo aerodromunda qərarlaşan 790-cı qırıcı aviapolkuna məxsus olub. Qəza təlim uçuşu zamanı baş verib. Təyyarənin ekipajı uğurlu şəkildə katapult edə bilib. Yerə endikdən sonra Qərb hərbi dairəsi ilə əlaqəyə çıxıblar.

Təyyarənin meşəlik əraziyə düşdüyü bildirilir. Bu səbəbdən mülki dağıntı və itki yoxdur. Qəzanın baş vermə səbəbləri araşdırılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir