Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarovun Estoniyadan olan həmkarı Urmas Reynsalu ilə telefon danışığı olub.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazirlər qlobal pandemiya ilə bağlı mövcud vəziyyəti, yeni koronavirus ilə mübarizə çərçivəsində görülən tədbirlər, həmçinin bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər ikitərəfli münasibətlərin müxtəlif aspektlərini, o cümlədən, siyasi, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Estoniyanın Xarici İşlər naziri ölkəsinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edib.
Elmar Məmmədyarov Estoniyanın Təhlükəsizlik Şurasının sədrliyindən bəhs edərək, bu xüsusda “Avropa torpağında İkinci Dünya müharibəsinin bitməsindən 75 il sonra – gələcək qəddarlıqların qarşısının alınması üçün öyrənilmiş dərslər, Təhlükəsizlik Şurasının məsuliyyəti” mövzusunda Arria-formulu üzrə keçirilmiş yüksək səviyyəli iclası qeyd edib.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Siyasət
Estoniya XİN Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib
By DEFAKTOİyn 27, 2020, 11:32 səhər
1775
Previous PostDünyada koronavirusa daha 177 min yoluxma aşkarlanıb - ÜST
Next PostFransa çempionatında yeni mövsümün təqvimi təsdiqlənib