Hüquq professoru, məşhur azərbaycanlı iş adamı İlham Rəhimov Tovuz rayonuna gəlib.
Tovuz rayonun Ağdam kəndində ermənilərin açdığı atəş nəticəsində dağılan evlərdə aparılan təmir-tikinti işləri ilə bağlı çəkiliş edilən zaman İlham Rəhimov da kəndə gəlib.
Əslən Tovuzdan olan professor İlham Rəhimov Ağdam kəndində şəhid Elşad Məmmədovun ailəsini ziyarət edib.
Tovuz hadisələrinin ilk şəhidlərindən olan baş əsgər Elşad Məmmədovun ailə üzvləri ilə görüşən İlham Rəhimov bildirib ki, şəhidimizin övladı və ailə üzvlərini daim diqqətdə saxlayacaq.
Daha əvvəl də xəbər verdiyimiz kimi, İlham Rəhimov şəhid Elşad Məmmədovun 10 aylıq övladı Məhəmmədi himayəyə götürüb.
İlham Rəhimov şəhidin ailəsini ziyarət edən zaman deyib ki, ömrünün sonuna qədər ailəyə lazım olan bütün maddi və mənəvi dəstəyi göstərəcək.
“Mənə bir şey olsa belə qızıma tapşırmışam. Sizi heç zaman tək qoymayacaq, lazım olan dəstəyi göstərəcək”- deyə İlham Rəhimov şəhidin atası Dönməz Məmmədovla söhbətində qeyd edib.