Faiq Ağayev sədr müavini təyin olundu | DEFAKTO.AZ Faiq Ağayev sədr müavini təyin olundu – DEFAKTO.AZ

Faiq Ağayev sədr müavini təyin olundu

177

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yeni kadr təyinatı olub.
“DEFAKTO.az”un əldə etdiyi məlumata görə, nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədrinə müavin təyin olunub.
Bu vəzifəyə Faiq Bahadur oğlu Ağayev təyinat alıb.
Qeyd edək ki, F.Ağayev 1986-cı ilin noyabrın 12-də anadan olub. O, bu təyinata qədər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatında Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Eyni zamanda 2017-ci ildən Bakı Dövlət Universitetinin “İnsan hüquqları və informasiya hüququ üzrə YUNESKO” kafedrasının müəllimidir. 
F.Ağayev 2001-2005-ci illərdə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin, İnformatika ixtisasında təhsil alıb, bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. Daha sonra həmin ixtisas üzrə magistr təhsili alıb. 2007-2011-ci illərdə Bakı Dövlət Universitetində əlavə təhsil olaraq hüquqşünaslıq ixtisasına yiyələnib, 2013-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarə edilməsi fakültəsində, “Beynəlxalq biznes üzrə” ixtisası MBA magistr dərəcəsi alıb. 2013-cü ildən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunda dissertantdır.
Dövlət qulluğunun baş müşaviri olan F.Ağayev insan hüquqlarına dair 21 elmi məqalənin müəllifidir.
O, Prezident İlham Əliyevin 23 dekabr 2016-cı il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir