Naidə İsayevanı şantaj edən olubsa, cəzalandırılacaq – AÇIQLAMA | DEFAKTO.AZ Naidə İsayevanı şantaj edən olubsa, cəzalandırılacaq – AÇIQLAMA – DEFAKTO.AZ

Naidə İsayevanı şantaj edən olubsa, cəzalandırılacaq – AÇIQLAMA

158

Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın özünə qəsd etməsi ölkədə böyük rezonans doğurub.

Sosial şəbəkədə insanlar müəllimin intiharına səbəb olan şəxsin mümkünlüyü barədə müzakirələr aparırlar.

Hələlik şantaj faktı hüquq mühafizə orqanları tərəfindən təsdiqlənməsə də, belə bir ehtimalın doğru olacağı təqdirdə günahkar şəxsin tez bir zamanda tapılıb cəzalandırılması müzakirə obyektinə çevrilib.

Millət vəkili Jalə Əliyeva açıqlamasında bildirdi ki, gənc müəllimənin intihar etməsi ürək ağrdıcı hadisədir: Onun həm müəllim, həm gənc, həm də Azərbaycan xanımı olması ikiqat həyəcan verir. Təbii ki, hüquq mühafizə orqanları və adiyyatı qurumlar bu hadisəyə hüquqi qiymət verəcəklər.

Naidə İsayevanın niyə intihar edib?, bunu ona kim məcbur edib? ümumiyyətlə özü intihar edibmi? Bu suallara cavab tapmaq lazımdır. Bu işin altından çox məsələlər çıxa bilər. Nə olursa-olsun bu olay ürək açan hadisə deyil. Bunu uşaqlarımızı yetişdirən, yeni nəsil üçün nəsə bir şey etməyə çalışan bir insan tərəfindən törədilməsi ikiqat üzücüdür.

İntihar hadisələri dinimizdə də, psixologiyada da, tibbdə də doğru qarşılanmayan hadisədir. İnsan hansı dərəcəyə gəlib çatırsa çatsın iradəsini itirməməlidir. Bütün hadisələr qarşısında mübaizə aparmağı bacarmalıdır. Əgər müəllimi bu işə sövq edənlər olubsa, təbii ki, cəzasını alacaqlar”.

Deputat əlavə etdi ki, bu tip hadisələrə gətirib çıxaran səbəbləri aradan qaldırmağa çalışmalıyıq: “Əgər Naidə İsayevanı şantaj ediblərsə, bu kimi hallar aradan qaldırılmalıdır. Bir insan kini, qərəzi, aqressiyası və düşmənçilik toxumu ilə digərinin ömrünün yarıda qırılmasına səbəb olmamalıdır.

İnsanlıq fəlsəfəsi bu deyil. İnsanlıq fəlsəfəsi qardaşlıq, dostluq, mehribanlıqdır. Əgər bir-birimizin hər hansı səhvimiz varsa, onu normal yolla izah edərək qarşıdakı insanın islahına çalışmaq lazımdır. Hər hansı bir şəxsi intihara gətirib çıxaracaq addımlardan çəkinmək lazımdır.

Əgər Naidə İsayevanın ölümünə hər hansı şantaj səbəbo olubsa, həmin şəxs cəmiyyət, vicdanı və Allahı qarşısında cavab verməlidir”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir