2 milyondan çox adamı boğaraq öldürən canilər… – Qorxunc faktlar | DEFAKTO.AZ 2 milyondan çox adamı boğaraq öldürən canilər… – Qorxunc faktlar – DEFAKTO.AZ

2 milyondan çox adamı boğaraq öldürən canilər… – Qorxunc faktlar

159

Demək olar ki, hamı “Əli Baba və qırx quldur” filmini izləyib. Həmin filmdə 40 quldur insanları qarət edir və onların hamısı bir mağarada yaşayırlar. Aşağıdakı hadisənin “qəhrəmanlarının” da hərəkətləri filmdəki obrazların etdikləri ilə oxşardır. Lakin onların sayı 40-dan çox, əməlləri isə film ssenarisi deyil, həqiqətdir.
Hindistanda 480 il hökm sürən “Thuggee” təriqəti haqqında məlumatı təqdim edirik:
“Thuggee” quldurları 1350-ci illərdən 1830-cu illərədək olan uzun bir dövr ərzində Hindistanda insanları öldürüb, onların mallarını oğurlayıblar.
Tez-tez karvanları hədəfə alan təriqət üzvləri öncə karvana sərnişin kimi soxulur və oradakıların etibarını qazanırdılar. Daha sonra isə ilk fürsətdə karvanı dayandırıb, qurbanlarını öldürürdülər.
“Thuggee” qəbiləsinin üzvləri qurbanlarını öldürmək üçün bellərinə taxdıqları kəmərlərdən istifadə edirdilər. Qurbanı kəmər ilə boğan qəbilə üzvləri karvanları soyduqdan sonra cəsədləri gizlədərək, yeni qurbanlar axtaramağa çıxırdılar.
“Thuggee” üzvləri keçmiş tarixlərinin müsəlman qəbilələrinə söykəndiyini iddia edirdilər. Ancaq sonradan onların arasına bir çox hindli qatılıb.
Bu səbəbdən onlar zamanla Tanrıça Kalinin (Hinduizmdə Qaranlıq Ana Tanriçası) davamçıları olduqlarını elan etmişdilər.
“Thuggee” quldurları gizli bir məzhəb şəklində kiçik tədbirlər də təşkil edirdilər. Bu cür tədbirlərə qatıla bilmək üçün ya “Thuggee”nin üzvü olmalı, ya uşaq vaxtı qaçırılmalı, ya da təriqətə layiq olduğunu isbat etməli idin. Yalnız bu şərtlər daxilində tədbirlərdə iştirak mümkün idi. Təriqət üzvlərinin uşaqları hələ kiçik yaşlarından palçıqdan hazırlanmış insan fiqurları üzərində qətl törətməyi öyrənirdilər. Bir növ atadan oğula ötürülən bu üsulla onlar illər boyunca yüz minlərlə insanı qətl etdilər.
Fəaliyyətləri boyunca 2 milyondan çox insanı öldürdükləri düşünülən təriqət, İngilislər tərəfindən məhv edildi. “Thuggee “ təşkilatının ən təhlükəli lideri olan Behram edam edildiyi zaman törətdiyi 931 cinayətə görə məhkum edilmişdi.

https://youtu.be/10Bt95Gosjc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir