“Yeni rəqəmsal avtoritarizm erası başlayır…”- Pentaqon rəhbəri | DEFAKTO.AZ “Yeni rəqəmsal avtoritarizm erası başlayır…”- Pentaqon rəhbəri – DEFAKTO.AZ

“Yeni rəqəmsal avtoritarizm erası başlayır…”- Pentaqon rəhbəri

312

“Real vaxt şəraitində fərqli fikirdə olanlara senzura  tətbiq etməyə də imkan verəcək bu sistemi Çin Rusiya və digər avtoritar rejimli dostlarına satacaq…””Şübhəsiz ki, bu çox “sərfəli” rəqəmsal konslager sistemini Rusiya ilə yanaşı, postsovet məkanındakı digər avtoritar rejimli ölkələr də həvəslə əldə edəcək…”

“Çin hökuməti artıq öz ölkəsində fəal şəkildə tətbiq etdiyi rəqəmsal müşahidə texnologiyalarının ixracına başlamağa hazırlaşır. Süni zəka texnologiyaları və üz tanıma sistemlərinə əsaslanan nəzarət vasitələri Rusiya da daxil olmaqla Pekinin dostu olan digər  “avtoritar rejimlərə” də  veriləcək”. 

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bunu Pentaqon rəhbəri Mark Esper ABŞ Müdafiə Nazirliyinin təşkil etdiyi illik Süni İntellekt(Sİ) simpoziumunda söyləyib.

“Bütün bunlar dünyada yeni rəqəmsal avtoritarizm erasına yol açacaq”- deyə Pentaqon rəhbəri vurğulayıb.
“Çin Kommunist Partiyasının(ÇKP) xaricdəki maraqları baxımından Sİ-dən necə yararlanacağına dair bütün şübhələri aradan qaldırmaq üçün onun öz “evi”ndə nə etdiyinə baxmaq kifayətdir. Pekin öz xalqı üzərində misilsiz bir nəzarətlə XXI əsrin bir polis dövlətini qurur. Ölkə daxilində yerləşdirilmiş yüz milyonlarla kamera və əşyaların internet görüntülərini əks etdirən  milyardlarla məlumat toplama nöqtəsi yaxın zamanda ÇKP-yə ictimai məkanda hər hansı bir şəxsin kimliyini müəyyənləşdirməyə və real vaxt şəraitində fərqli fikirdə olanlara senzura  tətbiq etməyə də imkan verəcək ”- ABŞ rəsmisi belə deyib.

ÇXR İctimai Təhlükəsizlik Nazirliyi 2015-ci ildən video-tanıma sistemini tətbiq etməyə başlayıb  və yaxın  iki ildə  həmin sistemə bir insanı yalnız üz cizgilərinə görə deyil, həm də yerişinə görə tanıma qabiliyyətinə malik təxminən 600 milyon kameranın daxil edilməsi gözlənilir.
P.S. Şübhəsiz ki, Çinin bu çox “sərfəli” rəqəmsal konslager sistemini Rusiya ilə yanaşı, postsovet məkanındakı digər avtoritar rejimli ölkələr də həvəslə əldə edəcək…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir