Azərbaycan Əfqanıstana başsağlığı verib – FOTO | DEFAKTO.AZ Azərbaycan Əfqanıstana başsağlığı verib – FOTO – DEFAKTO.AZ

Azərbaycan Əfqanıstana başsağlığı verib – FOTO

44

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstana başsağlığı verib.

Bu barədə XİN-in “Twitter” səhifəsində qeyd olunub.

“Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ nəticəsində insan tələfatı və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, – XİN bildirib.

Qeyd edək ki, Əfqanıstanın Paktika əyalətində 6,1 bal gücündə baş verən zəlzələ zamanı son məlumatlara görə, 950 nəfər ölüb, 620 nəfər yaralanıb.