Reqekampfın “Neftçi”də alacağı maaş bilindi | DEFAKTO.AZ Reqekampfın “Neftçi”də alacağı maaş bilindi – DEFAKTO.AZ

Reqekampfın “Neftçi”də alacağı maaş bilindi

44

“Neftçi”nin yeni baş məşqçisi Laurensiu Reqekampfun alacağı illik maaş bəlli olub.

DEFAKTO.az xəbər verir ki, Rumıniya mətbuatı 46 yaşlı mütəxəssisin illik 480 min avro, yəni aylıq 40 min avro maaş alacağını yazıb.

Bu, onun son klubu olan “Universitatya”dakı (Krayova) gəlirindən üç dəfə çoxdur. İddia edilir ki, həmin klubda Reqekampf aylıq 15 min avro maaş alıb.

Sayt onu da yazır ki, “Universitatya” Laurentsiu Reqekampfla müqaviləni vaxtından əvvəl ləğv etdiyi üçün ona 180 min avro təzminat ödəyəcək. Həmçinin qeyd edilib ki, Reqekampf bu klubdan istefaya göndərildikdən cəmi 10 gün sonra “Neftçi” ilə müqavilə imzalayıb.