Polis bölmələrində qeydiyyatdan çıxarılan şəxslərin şəxsiyyət vəsiqələri deaktiv olur.
Bu barədə vətəndaşlar sosial şəbəkələrdə məlumat yayıblar.
Məsələ barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov DEFAKTO.az-ın sorğusuna cavab olaraq bildirib ki, əgər vətəndaş məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxırsa, şəxsiyyət vəsiqəsi deaktiv edilir:
“Həmin şəxs yeni ünvana qeydiyyata düşdükdən sonra təzə şəxsiyyət vəsiqəsi ilə təmin edilir”.
Vəkil Tural Hüseynov DEFAKTO.az-a açıqlamasında bildirib ki, şəxs qeydiyyatdan çıxdıqdan və ya çıxarıldıqdan sonra qeydiyyata düşmürsə, dərhal onun şəxsiyyət vəsiqəsi deaktiv olur:
“Belə olan halda şəxs ya özünə məxsus olan mənzildə, mülkiyyətçinin razılığı əsasında hər-hansı digər mənzildə və ya yaşadığı ərazi üzrə rayon polis idarəsində qeydiyyata düşməlidir. Əks halda onun şəxsiyyət vəsiqəsi deaktiv olaraq qalır”.
İlhamə Əbülfət