Paytaxtın Heydər Əliyev prospektində sıxlıq yaranıb.
Bu barədə DEFAKTO.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Heydər Əliyev prospektində, əsas yolda üzü Koroğlu metrostansiyası istiqamətində (ASK Arenanı keçdikdən sonra) yol-nəqliyyat hadisəsi baş verib.
Hazırda bu səbəbdən sözügedən yolda sıxlıq müşahidə olunur.