Alimlər fəza ilə zamanı təhrif edən qalaktikaların nəhəng toplusunu qeydə alıblar | DEFAKTO.AZ Alimlər fəza ilə zamanı təhrif edən qalaktikaların nəhəng toplusunu qeydə alıblar – DEFAKTO.AZ

Alimlər fəza ilə zamanı təhrif edən qalaktikaların nəhəng toplusunu qeydə alıblar

34

“Hubble” teleskopundan istifadə edən alimlər nəhəng qalaktikalar toplusunun fotosunu çəkiblər.

Bu toplu o qədər böyükdür ki, zamanı və fəzanı təhrif edir.

Foto rəsədxananın saytında dərc olunub.

“Abell 1351” adlı kütləvi iri toplusunun şimal yarımkürəsində, Böyük Ayı bürcündə yerləşdiyi bildirilir.

Bu görüntü işıq zolaqları ilə doludur və bu zolaqlar özlüyündə uzaq qalaktikaların təsviridir. Zolaqlar – astrofiziki hadisə olan qravitasiya şüalanmasının (linzalanma) nəticəsidir. Bu hal qalaktikalar toplusu kimi nəhəng bir göy cisminin zamanla fəzaya təsiri nəticəsində yaranır – qalaktikalar toplusu özündən keçən işıq selini elə güclü təhrif edir ki, işığın sanki nəhəng bir linzanın içindən keçməsi kimi təəssürat yaranır.

Mənbə: UNİAN