Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, ötən gecə Nikolayev və Zaporojye vilayətləri ilə yanaşı, Odessa şəhəri də raket atəşinə məruz qalıb. Nəticədə şəhərin mərkəzindəki iri ərzaq bazalarından biri dağıdılıb.
Həmçinin Donetskdə itkin düşən azərbaycanlıların bir neçəsinin kimliyinə də aydınlıq gətirilib.
Bildirilib ki, həmin şəxslər Ramiz Cəbrayılov, onun həyat yoldaşı Svetlana Cəbrayılova, Ruslan Əliyev və Amin Məmmədovdur.
Ətraflı süjeti təqdim edirik: