Rayonlarda daha ucuz istirahət üçün hansı işlər görülməlidir? | DEFAKTO.AZ Rayonlarda daha ucuz istirahət üçün hansı işlər görülməlidir? – DEFAKTO.AZ

Rayonlarda daha ucuz istirahət üçün hansı işlər görülməlidir?

67

Ölkəmizdə pandemiyadan sonra turizmin canlanması prosesi gedir.

Bunu Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi Trend-ə bildirib.

Onun sözlərinə görə, turizmin canlanmasına əsas səbəb pandemiyaya görə qoyulan qaydaların yumşaldılmasıdır. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də dirçəlməsinə təkan verib.

“Regionlarda fəaliyyət göstərən hotellərin qiyməti ötən ilə nisbətdə çox da dəyişməyib. Buna baxmayaraq, vətəndaşlarımızın bəziləri hotellərdə bahalıqdan gileylənirlər. Bəzi vətəndaşlar hesab edirlər ki, xaricdə istirahət etmək ölkədə istirahət etməkdən ucuz başa gəlir. Təəssüf ki, belə hallara rast gəlirik. Ancaq nəzərə almaq lazımdır ki, vətəndaşlarımız bölgələrdə istirahətə yollanarkən daha çox beşulduzlu hotellərə üstünlük verirlər. Belə hotellərin də hər şəraiti olmaqla yanaşı, öz satış siyasətləri var. Ölkəmizdə hotellərə alternativ yerləşmə vasitələri tikilməlidir. Bura qonaq evləri, kempinqlərin yaradılması, kiçik hotellərin tikilməsi kimi işlər daxildir. Bunların sayı artsa, qiymət seçimi geniş olacaq. Hava reyslərinin bir çox ölkələrlə yenidən bərpası gəlmə turizminin də dirçəlməsinə səbəb olub”, – S.Dübəndi qeyd edib.

S.Dübəndi deyib ki, ölkəmizdə yay turizmi gec başlanır.

“Yay turizminin tez başlanması üçün nəqliyyat məsələləri tənzimlənməli, xarici turistlərə vizaların verilməsi və yerləmə vasitələri ilə bağlı işlər tənzimlənməlidir. Əsas səbəblərdən biri də abituriyentlərdir. Belə ki, abituriyentlərin çoxunun ailəsi ali məktəblərə imtahan verən övladlarının nəticələrini gözləyir. Beləliklə yay istirahətinə tez başlamaq olmur”, – deyə o bildirib.