Avropa İttifaqı (Aİ) də eyni addımı atacağı təqdirdə Bern Rusiyaya qarşı sanksiyaları ləğv edəcək.
Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, bunu İsveçrənin iqtisadiyyat naziri Qay Parmelin “ATS Kingston” xəbər agentliyinə açıqlamasında deyib.
“Aİ sanksiyaları ləğv etsə, İsveçrə də qanuni çərçivəyə uyğun olaraq bunu edəcək”, – nazir bildirib.
Parmelin Rusiyaya qarşı tətbiq edilən sanksiyaların İsveçrə iqtisadiyyatına təsir etdiyini etiraf edib. O vurğulayıb ki, Bern onların İsveçrəyə təsirini azaltmaq üçün aidiyyəti müəssisələr və cəlb olunmuş banklarla sıx əməkdaşlıq edir.
İsveçrə bitərəf statusuna baxmayaraq, Aİ-nin Rusiyaya qarşı elan etdiyi sanksiyaları dəstəkləyib.