Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən – Açıqlama | DEFAKTO.AZ Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən – Açıqlama – DEFAKTO.AZ

Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən – Açıqlama

260

Sosial şəbəkələrdə sabiq nəqliyyat naziri Ziya Məmmədovun gələn ay Həcc ziyarətinə gedəcəyi barədə xəbərlər yayılıb.

Sabiq nazirin ailəsindən bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsinin elan etdiyi qaydalara əsasən, 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağandır: “Bu səbəbdən də Ziya Məmmədovun bu il Səudiyyə Ərəbistanına gedərək ziyarətdə iştirak edəcəyi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil”.

Qeyd edək ki, sabiq nazirin qardaşı Elton Məmmədov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Ziya Məmmədov vəzifədən azad olunandan sonra əsasən Ucar rayonunun Qazıqumlaq kəndində yaşayır və təsərrüfatla məşğul olur, vaxtının böyük hissəsini Quran oxumaqla keçirir.

Son günlərdə isə 70 yaşlı Ziya Məmmədovun adı yararsız hala düşən Bakı-Quba yolu ilə bağlı tez-tez hallanır. Qeyd edilir ki, həmin yola sabiq nazirin vaxtında 1 milyard manatdan çox vəsait xərclənsə də, həmin magistral qısa müddətdə sıradan çıxıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir