Məşhur terrorçu Üsamə bin Ladenin qardaşı qızı Nur bin Lade Co Baydenin ABŞ-da hakimiyyətə gələcəyi təqdirdə, ölkədə 2001-ci il 11 sentyabr hadisələrinə bənzər bir terror hücumu baş verə biləcəyini deyib.
Onun fikrincə, yalnız Donald Tramp ölkəni bu cür təhdidlərdən qoruya bilər.
Nur bin Laden uzun müddət İsveçrədə yaşayıb, lakin özünü “qəlbdə amerikalı” hesab edir.Onun sözlərinə görə, Donald Tramp yalnız Amerika üçün deyil, bütün Qərb sivilizasiyası üçün vacib şəxsdir və onu 2015-ci ildən bəri dəstəkləyir.”Tramp Amerikanı və hamımızı xarici təhlükələrdən qoruduğunu göstərdi. Terroristləri zərbə fürsəti tapmazdan əvvəl məhv etdi”, – Nur bin Laden deyib.
Qeyd edək ki, Üsamə bin Laden 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən hücumlarla yanaşı, dünyadakı mülki və hərbi hədəflərə qarşı bir çox kütləvi hücumların da məsuliyyətini öz üzərinə götürən Əl-Qaidə terror təşkilatının qurucusudur.(publika.az)
Dünya
Bin Ladenin qardaşı qızından şok açıqlama – Tramp seçilməsə, 11 sentyabr hadisələri…
By DEFAKTOSen 07, 2020, 09:41 səhər
285
Previous PostMisirin informasiya agentliyində Qubadlının işğalı barədə məqalə dərc edilib
Next PostLüğət, yoxsa sözlük? - Daha bir biabırçılıq...