Paytaxtda sıxlıq müşahidə edilən yollar açıqlanıb – SİYAHI | DEFAKTO.AZ Paytaxtda sıxlıq müşahidə edilən yollar açıqlanıb – SİYAHI – DEFAKTO.AZ

Paytaxtda sıxlıq müşahidə edilən yollar açıqlanıb – SİYAHI

110

axili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər sıxlıq;

2. Moskva prospektində – Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər – əsas və kənar yolda sıxlıq;

3. Binəqədi şosesində – Biləcəri-Baksol yolu yolu ilə kəsişmədən Azadlıq prospekti metro stansiyasının istiqamətində sıxlıq;

4. Rövşən Cəfərov küçəsində – 20 Yanvar dairəsindən başlayaraq əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq;

5. Ziya Bünyadov prospekti Heydər Əliyev prospekti ilə kəsişməsindən başlayaraq, Çermet yol ötürücüsü üzərindən DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda 20 Yanvar dairəsi istiqamətində sıxlıq;

6. Xətai prospektinin Tələt Şıxəliyev küçəsi ilə kəsişməsindən Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

7. 28 May küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;

8. Dilarə Əliyeva küçəsinin Puşkin küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində, Rəşid Behbudov küçəsi istiqamətində sıxlıq;

9. Bakıxanov küçəsində İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməyə qədər Türkiyə səfirliyi istiqamətində sıxlıq;

10. Yusif Səfərov küçəsinin Xocalı prospekti ilə kəsişməsindən başlayaraq Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

11. Şəmsi Bədəlbəyli küçəsinin Mirzəağa Əliyev küçəsi ilə kəsişməsindən Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;

12. Rəşid Behbudov küçəsinin 28 May küçəsi ilə kəsişməsindən Füzuli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq;

13. Heydər Əliyev prospektində Koroğlu metro stansiyasının qarşısından Heydər Əliyev Mərkəzinin yanına qədər əsas və kənar yolda sıxlıq;

14. Abdulvahab Salamzadə küçəsində Qələbə dairəsindən başlayaraq Ceyhun Səlimov küçəsi ilə kəsişməyə qədər olan hissəsində Ziya Bünyadov prospekti istiqamətində sıxlıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir