“Formula 1” üzrə Azərbaycan Qran-prisinin trasında DƏYİŞİKLİK | DEFAKTO.AZ “Formula 1” üzrə Azərbaycan Qran-prisinin trasında DƏYİŞİKLİK – DEFAKTO.AZ

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin trasında DƏYİŞİKLİK

111

Gələn ay Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin pit-leynində dəyişiklik edilib.

Defakto.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov açıqlamasında bildirib.

BŞH rəsmisi pit-leynə daxil olmaq üçün zonanı bir qədər dəyişdirdiklərini söyləyib: “Trasda heç bir dəyişiklik yoxdur. Lakin Beynəlxalq Avtomobil Federasiyası bizdən xahiş etdi ki, onu daha təhlükəsiz etməkdən ötrü pit-leynin girişində dəyişiklik aparaq. Görək, bu dəyişiklik hansı nəticələrə gətirib çıxaracaq. Düşünmürəm ki, pilotlar pit-leynə səhvə yol verəcək şəxslərdəndir. Dəyişiklik indiki və əvvəlki hissələrdə edilib. Yəni, formaya bir qədər düzəliş edilib”.

Qeyd edək ki, cari mövsüm “Formula 1” üzrə Azərbaycan Qran-prisi 10-12 iyunda keçiriləcək. 2016-cı ildə Azərbaycandakı ilk “Formula 1” yarışının qalibi olan Niko Rosberq (“Mercedes”) Bakı trasındakı pit-leyn girişlərini ən qorxulu zonalardan hesab edib. “Formula 1″in sabiq direktoru Maykl Masi Rosberqin fikri ilə razılaşmayıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir