Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ | DEFAKTO.AZ Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ – DEFAKTO.AZ

Xəzərdə üzən bütün gəmilərə XƏBƏRDARLIQ

238

Mayın 6-sı axşam saatlarından mayın 8-i səhərədək Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin güclənəcəyi gözlənilir.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat verilib.

Bildirilib ki, küləkli hava şəraiti ilə əlaqədar ASCO Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Qeyd edilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

Qeyd olunub ki, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar. Külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanlarına tapşırılıb ki, gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir