Rusiya Xarkovda yaşayış bölgəsi atəşə tutdu, xeyli sayda ölən və yaralanan var | DEFAKTO.AZ Rusiya Xarkovda yaşayış bölgəsi atəşə tutdu, xeyli sayda ölən və yaralanan var – DEFAKTO.AZ

Rusiya Xarkovda yaşayış bölgəsi atəşə tutdu, xeyli sayda ölən və yaralanan var

74

Rusiya hərbçilərinin Xarkovda yaşayış bölgəsini atəşə tutması nəticəsində 7 nəfər ölüb, 34 nəfər yaralanıb.

Defakto.az “DEFAKTO.az”a istinadən xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının sədri Oleq Sinequbov teleqram kanalında məlumat verib.

“Rusiya hərbçiləri Xarkov şəhərinin yaşayış bölgələrindən birini atəşə tutub. Təəssüf ki, 3-ü uşaq olmaqla 34 nəfər yaralanıb, 1-i yeddi aylıq uşaq olmaqla 7 nəfər həlak olub”, – o yazıb.

Bütün xəsarət alanlara təcili tibbi yardım göstərilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir