56 yaşlı kişi qardaşı arvadını niyə öldürüb? – Cəlilabaddakı qətlin təfərrüatı | DEFAKTO.AZ 56 yaşlı kişi qardaşı arvadını niyə öldürüb? – Cəlilabaddakı qətlin təfərrüatı – DEFAKTO.AZ

56 yaşlı kişi qardaşı arvadını niyə öldürüb? – Cəlilabaddakı qətlin təfərrüatı

60

Cəlilabadda 49 yaşlı qadının qaynı tərəfindən qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

Defakto.az-ın məlumatına görə, qətlə səbəb mülk davası olub.

Belə ki, qətli törədən, rayonun Sarxanlı kənd sakini, 1966-cı il təvəllüdlü Mehdi Həsənov qardaşı Loğman Həsənovun evinə gələrək onlardan evi tərk etmələrini istəyib.

Loğman Həsənov isə qardaşının içkili olduğunu görüb və təhlükəli vəziyyət yaradacağını düşünərək iki oğlu ilə birgə çölə çıxaraq gizlənib. Az sonra isə Mehdi Həsənov mübahisə nəticəsində qardaşı arvadı, 1973-cü il təvəllüdlü Südabə Həsənovanı ürəyindən bıçaqlayıb. Yaralı çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Mehdi Həsənov hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. İstintaq davam edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir