Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? – SƏBƏBİ BİLİNDİ | DEFAKTO.AZ Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? – SƏBƏBİ BİLİNDİ – DEFAKTO.AZ

Ramiz Mehdiyev AMEA-ya niyə gəlib? – SƏBƏBİ BİLİNDİ

79

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) sabiq prezidenti Ramiz Mehdiyevin akademiyaya gəlməsi barədə xəbərlər yayılmışdı. Onun AMEA-da gizli şəkildə iclas keçirdiyi bildirilirdi. Lakin məlum olub ki, Ramiz Mehdiyev akademiyaya şəxsi əşyalarını götürmək üçün gəlib.

Defakto.az xəbər verir ki, bu barədə DEFAKTO.az-a AMEA-nın Rəyasət heyətinin mətbuat katibi Azadə Balayeva məlumat verib.

“Ramiz Mehdiyev dünən əşyalarını götürmək üçün akademiyaya gəlib”, – deyə AMEA sözçüsü bildirib.

O, həmçinin qeyd edib ki, R. Mehdiyev AMEA-nın həqiqi üzvü və akademikdir. Digər üzvlər kimi o da AMEA-ya gəlib-gedə bilər.

Xatırladaq ki, amademik Ramiz Mehdiyev AMEA-nın Prezidenti vəzifəsindən azad olunması ilə bağlı fevralın 14-də ərizə yazmışdı. Onun ərizəsi AMEA Rəyasət Heyəti tərəfindən qəbul olunub. Bundan əlavə, AMEA prezidentinin səlahiyyətləri birinci vitse-prezident Arif Həşimova həvalə edilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir