Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun Nizami Kino Mərkəzində vida mərasimi keçirilir.
Mərhumun birinci həyat yoldaşı Şöhrət İbrahimbəyova Defakto.az-a açıqlamasında kədərini dilə gətirib: “Rüstəm İbrahimbəyov gözəl və ağıllı insan idi. Onun son istəyi və arzusu haqqında məlumatlı deyiləm. Çünki üç ay xəstəxanada qalıb. Onu nə görmüşəm, nə də danışa bilmişəm”.