Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Şöbəsinin (PŞ) rəisi Zaur Əliyev yüksək vəzifəyə təyin olunub.
Defakto.az DEFAKTO.az-a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Z.Əliyev rəis vəzifəsindən azad olunaraq Binəqədi RPİ-nin rəis müavini təyin edilib.
Qeyd edək ki, Z.Əliyev 2018-ci ildən Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsində çalışırdı.
Xatırladaq ki, Nəsimi RPİ-nin 22-ci PŞ-nin rəisi vəzifəsinə Fəxrin Bektaşi təyin olunub.