Pensiyaçılara ödənilən birdəfəlik maddi yardımlar gələcəkdə daimi veriləcək | DEFAKTO.AZ Pensiyaçılara ödənilən birdəfəlik maddi yardımlar gələcəkdə daimi veriləcək – DEFAKTO.AZ

Pensiyaçılara ödənilən birdəfəlik maddi yardımlar gələcəkdə daimi veriləcək

237

“Pensiyaçılara verilən birdəfəlik maddi yardımlar gələcəkdə pensiyanın tərkibində hesablanacaq”.

Defakto.az “report”a istinadən xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev “Sosial saat”da deyib.

O bildirib ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq:

“Hərbçilərin pensiya məbləğində vəzifə maaşı müəyyən məbləği təşkil edir. Ötən ilin sonlarında müvafiq sərəncamla hərbi rütbəli şəxslərin vəzifə maaşlarına 20% məbləğində əlavə edilib. Hesablama göstərirdi ki, bu da onların əmək pensiyalarının artımının 9,2% məbləğində olması idi. Ancaq yeni sərəncamla olacaq maddi yardım isə 10% təşkil edir. Hətta bu hər kəsin əmək pensiyasının 10% məbləğindədir”.

Z.Mirzəyev əlavə edib ki, pensiyaçının vəzifə maaşlarında artım məfhumu yoxdur: “Hərbi qulluqçunun vəzifə maaşında artım ola bilər. Pensiyaçı olan dövlət qulluqçusunun vəzifə maaşı ola bilməz”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir