Rusiya Ukraynaya bu 6 tələbi irəli sürüb | DEFAKTO.AZ Rusiya Ukraynaya bu 6 tələbi irəli sürüb – DEFAKTO.AZ

Rusiya Ukraynaya bu 6 tələbi irəli sürüb

57

Rusiyanın Ukraynaya irəli sürdüyü 6 tələb üzə çıxıb.

Defakto.az xəbər verir ki, həmin tələbləri zn.ua etibarlı diplomatik mənbələrdən əldə etdiyi məlumata əsasən dərc edib. Belə ki, Rusiya Ukraynadan tələb edir:

– NATO-ya daxil olmaqdan imtina. Ukraynanın neytral statusu.

– Rus dili ikinci dövlət dili elan olunacaq. Onu pozan bütün qanunların ləğvi.

– Krımın Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınması.

– Qondarma DXR və LXR-in müstəqilliyinin Ukrayna tərəfindən tanınması.

– Denazifikasiya. Ultra-millətçi, nasist və neonasist partiyaların və ictimai təşkilatların fəaliyyətinin qadağan edilməsi, nasistlərin və neonasistlərin tərənnümü ilə bağlı mövcud qanunların ləğvi.

– Ukraynanın demilitarizasiyası. İstənilən növ hücum silahlarından tamamilə imtina.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir