Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 12-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq.
Defakto.az xəbər verir ki, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq və yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı təşkil etməkdir.
“Kənddən Şəhərə” Novruz yarmarkalarında 50-ə yaxın regiondan 100-dən artıq fermer 50-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.
“Kənddən şəhərə” Novruz yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:
– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı);
– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı);
– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.