Ötən gün Şuşa istiqamətində avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun əsgəri Vüsal Kazımov İkinci Şəhidlər Xiyabanında dəfn olunur.
Defakto.az xəbər verir ki, bir qədər əvvəl V. Kazımovun ailə üzvləri, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələrinin də iştirakı ilə hərbçi ilə vida mərasimi keçirilib.
Qeyd edək ki, V. Kazımov xidmət zamanı qəzaya düşdüyü üçün ona şəhid statusu veriləcək.
Xatırladaq ki, hadisə martın 3-də Şuşada baş verib. Hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyə olunub. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.