Fransa prezidenti Emmanuel Makron ölkəsində biznesi olan rusiyalı oliqarxların var-dövlətinin qeydiyyata alınmasını tələb edib.
Defakto.az xəbər verir ki, buna səbəb Ukraynada gedən müharibədir. Onların sahib olduqları hissələr dəqiqləşdiriləcək. Hətta gələcəkdə oliqarxların villalarına, maşınlarına və bahalı yaxtalarına əl qoyulması gözlənilir.
Fransanın maliyyə və iqtisadiyyat naziri Bryun Le Mer açıqlamasında “Avropanın sanksiyaları siyahısına daxil ediləcək iş adamlarını müəyyənləşdirməliyik. Onların aktivlərinə əl qoyulacaq” sözlərini söyləyib.
Nazir əlavə edib ki, aktivlərin sahib olduğu bütün lüks vasitələr araşdırılır. Bura rus biznesmenlərin sahib olduğu mülklər, lüks maşınlar və digər bahalı vasitələr də daxildir.
Əlavə olunub ki, Fransanın lüks istirahət zonası hesab edilən Lazur sahili və Kurşevel rus oliqarxlarının sevimli məkanıdır. Burada mülkə sahib olanlar arasında bloqqer və iş xanımı Nika Beloserkovskaya da yer alır. Eyni zamanda bu yerlərdə “Forbes”in milyarderlər siyahısına daxil olan Roman Abramoviç, Oleq Deripaski, Boris Rotenberqun villaları var.
Qeyd edək ki, məlumatda Britaniyada da eyni addımın atılacağı bildirilib. Xarici işlər naziri Liz Trass açıqlamasında sanksiya siyahısında yer alan rus oliqarxların əmlaklarına həbs qoyulub.