“Rusiya bütün cəbhələrdə böyük itkilər verir” – Reznikov | DEFAKTO.AZ “Rusiya bütün cəbhələrdə böyük itkilər verir” – Reznikov – DEFAKTO.AZ

“Rusiya bütün cəbhələrdə böyük itkilər verir” – Reznikov

92

Fevralın 24-də Ukraynaya hücum edən Rusiya bütün cəbhələrdə: hərbi, iqtisadi, kibercəbhədə böyük itkilər verir.

Defakto.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov feysbukda bildirib:

“122 saatdır müqavimət göstəririk. Müdafiəçilərimizin qəhrəmanlığı sayəsində düşmənin itkilərə məruz qaldığı yeni cəbhələr açılır. Bizim şərqdəki uşaqlarımızı qeyd etmək istəyirəm. Onlar düşmən üçün qarşısıalınmaz maneə oldu, bu, onu dəhşətli dərəcədə demoralizə edəcək. Rusiya iqtisadi cəbhədə artıq böyük itkilər verib. Rusiya valyutası adi kağıza çevrilir. Rusiya neftinin ixracına ilk qadağa var. İşğalçı ordunun məhv edilməsinə beynəlxalq IT cəmiyyət qoşulub. Hətta ukraynalı məktəblilər kibercəbhədə hücuma keçib”.   

Nazir, həmçinin xatırladıb ki, Avropadan silah tədarükü artır. Rusiyada isə minlərlə insan artıq bilirdi ki, hakimiyyət onlara yalan danışır və heç bir xüsusi əməliyyat yoxdur, bu, artıq minlərlə rusiyalının həlak olduğu adi işğalcı müharibədir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir