Türkiyəli nazir xanımının bu fotosu müzakirə yaratdı | DEFAKTO.AZ Türkiyəli nazir xanımının bu fotosu müzakirə yaratdı – DEFAKTO.AZ

Türkiyəli nazir xanımının bu fotosu müzakirə yaratdı

164

Türkiyə mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun həyat yoldaşı Pervin Ersoyun Kahramanmaraş Dulkadiroğlu bələdiyyə başçısı Necati Okayın dəvəti ilə tarixi Bahtiyar Yokuşunu ziyarəti vaxtı çanta və çətirini qadın polisə daşıtması müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, Pervin Ersoy bunu əks etdirən fotonu instaqram hesabında paylaşsa da, sonradan silib.

Buna səbəb onun ünvanına yazılan tənqidi fikirlər olub. Ersoy onların bəzilərinə cavab da verib.

Qeyd edək ki, P. Ersoyun polisə daşıtdığı “Chanel” markalı çantanın qiyməti 15 136 AZN təşkil edir.

Xatırladaq ki, P. Ersoy 2019-cu ildə evindəki işçisinə əlini öpdürüb 100 dollar verdiyi fotonu instaqram hesabında paylaşmış və tənqid olunmuşdu.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir