Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Bravarı şəhərini atəşə tutması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb.
Defakto.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko öz teleqram kanalında açıqlayıb.
Onun sözlərinə görə, aviazərbə nəticəsində bina və 4 mərtəbəli ev yanıb. Evin üçüncü və dördüncü mərtəbələrinə qismən zərər dəyib. Hazırda hərbçilər təxliyə əməliyyatları həyata keçirirlər.
***
Donetsk vilayətinin Mariupol şəhərində bir uşaq və 3 mülki şəxs yaralanıb.
***
Ukrayna DİN həlak olanlarla bağlı yeni məlumat paylaşıb.
Məlumata görə, Odessa vilayətində Podolsk şəhərində 6 nəfər həlak olub, 7 nəfər yaralanıb, daha 19 nəfər isə itkin düşüb.
Mariupol şəhərində atışma nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər isə yaralanıb.
Bununla yanaşı, Konotopsk bölgəsində avtomobil atəşə məruz qalıb. Nəticədə, bir qadınla uşaq xəsarət alıb.